|
|
Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunubTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yeni səfir təyin edib. Ahlibeyt.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti müvafiq qərar imzalayıb. Qərara əsasən, Türkiyənin ölkəmizdəki hazırkı səfiri Erkan Özoral geri çağırılıb, onun yerinə Cahit Bağcı təyin olunub. Prezidentin digər qərarları ilə Türkiyənin daha on iki ölkəyə yeni səfirləri təyinat alıb. Qeyd edək ki, 1964-cü il təvəllüdlü yeni səfir C.Bağçı Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb. Siyasi fəaliyyəti dövründə Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb. Vanda Cəza və İcra Qurumları, Həbs Evlərini İzləmə Şurasının üzvü və məruzəçisi vəzifəsində çalışıb. Aİ Təhsil və Gənclik Proqramları Mərkəzində koordinator və məsləhətçi olub. 2007, 2011 və 2015-ci illər Çorum bölgəsindən millət vəkili seçilib.Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub. Ədalət və İnkişaf Partiyasının üzvüdür. Diplomat ingilis dilini yüksək səviyyədə, alman və ərəb dillərini orta səviyyədə bilir. Evlidir, 3 övladı var.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2021 10:20 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |