3 Aprel, 2021
Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yeni səfir təyin edib.

Ahlibeyt.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti müvafiq qərar imzalayıb.

Qərara əsasən, Türkiyənin ölkəmizdəki hazırkı səfiri Erkan Özoral geri çağırılıb, onun yerinə Cahit Bağcı təyin olunub.

Prezidentin digər qərarları ilə Türkiyənin daha on iki ölkəyə yeni səfirləri təyinat alıb.

Qeyd edək ki, 1964-cü il təvəllüdlü yeni səfir C.Bağçı Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb. Siyasi fəaliyyəti dövründə Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb. Vanda Cəza və İcra Qurumları, Həbs Evlərini İzləmə Şurasının üzvü və məruzəçisi vəzifəsində çalışıb. Aİ Təhsil və Gənclik Proqramları Mərkəzində koordinator və məsləhətçi olub. 2007, 2011 və 2015-ci illər Çorum bölgəsindən millət vəkili seçilib.Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub. Ədalət və İnkişaf Partiyasının üzvüdür. Diplomat ingilis dilini yüksək səviyyədə, alman və ərəb dillərini orta səviyyədə bilir. Evlidir, 3 övladı var.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10991.html