|
|
“Nizami Gəncəvi ilə” bağlı müsabiqə elan olunduHeydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyi görkəmli şairə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsini elan edir.
Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Modern.az-a Milli Xalça Muzeyindən məlumat verilib.
Bildirlib ki, müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlərdən öz xalça eskizlərinin 600 DPI JPEG formatında skan olunmuş versiyasını carpetmuseum.contest@gmail.com elektron ünvanına 15 may 2021-ci il tarixinədək göndərmələri xahiş olunur.
Müsabiqənin qalibi beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək və 30 may 2021-ci il tarixində elan ediləcək. Qalib gələn müəllifin eskizi əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq. Həmçinin qalibə pul mükafatı təqdim olunacaq.
Müsabiqənin qalibi xarici vətəndaş olarsa, onun xalça kəsimi mərasimində iştirak etməsi üçün yol və mehmanxana xərcləri muzey tərəfindən ödəniləcək.
Qeyd edək ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi tamam olur. Bununla əlaqədar Prezident İlham Əliyev Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Fevral, 2021 11:05 ⁄ Çap
Bu bölmədə8 Noyabr, 2026 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |