22 Fevral, 2021
“Nizami Gəncəvi ilə” bağlı müsabiqə elan olundu

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyi görkəmli şairə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsini elan edir.

 

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Modern.az-a Milli Xalça Muzeyindən məlumat verilib.

 

Bildirlib ki, müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlərdən öz xalça eskizlərinin 600 DPI JPEG formatında skan olunmuş versiyasını carpetmuseum.contest@gmail.com elektron ünvanına 15 may 2021-ci il tarixinədək göndərmələri xahiş olunur.

 

Müsabiqənin qalibi beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək və 30 may 2021-ci il tarixində elan ediləcək. Qalib gələn müəllifin eskizi əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq. Həmçinin qalibə pul mükafatı təqdim olunacaq.

 

Müsabiqənin qalibi xarici vətəndaş olarsa, onun xalça kəsimi mərasimində iştirak etməsi üçün yol və mehmanxana xərcləri muzey tərəfindən ödəniləcək.

 

Qeyd edək ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi tamam olur. Bununla əlaqədar Prezident İlham Əliyev Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10891.html