|
|
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıbİndiyə qədər Azərbaycanda koronavirusa qarşı 50 minə yaxın vətəndaş peyvənd olunub. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə SalamNews-a Nazirlər Kabinetindən bildirilib. Qeyd olunub ki, onların əksəriyyəti səhiyyə işçiləridir. Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. Vaksinasiyanın ikinci mərhələsi isə fevralın 1-dən başlanacaq. Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda, “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2021 11:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |