28 Yanvar, 2021
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb

İndiyə qədər Azərbaycanda koronavirusa qarşı 50 minə yaxın vətəndaş peyvənd olunub.

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə SalamNews-a Nazirlər Kabinetindən bildirilib.

Qeyd olunub ki, onların əksəriyyəti səhiyyə işçiləridir.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. Vaksinasiyanın ikinci mərhələsi isə fevralın 1-dən başlanacaq.

Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir.

Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda, “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10837.html