|
|
Ötən il İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 uşaqdan 83-ü dövlət qeydiyyatına alınıb2020-ci ildə 127588 uşağın doğumu qeydə alınıb. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib. Onlardan 67972-i oğlan, 59616-sı qız olub. Həmçinin 1691 əkizin, 46 üçəmin və 1 dördəmin doğumu qeydə alınıb. 2020-ci ildə 1401 uşağın doğumu səyyar qaydada xəstəxanada dövlət qeydiyyatına alınaraq, doğum haqqında şəhadətnamə verilib. Kəndlərdə, qəsəbələrdə doğumu qeydiyyata alınmayan uşaqlar da var, bununla bağlı maarifləndirmə işləri nəticəsində 1312 uşaq aşkar edilib, onlardan 1205-i dövlət qeydiyyatına alınıb. 2020-ci ildə İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 uşaq-dan 83-ü dövlət qeydiyyatına alınıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2021 12:20 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |