25 Yanvar, 2021
Ötən il İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 uşaqdan 83-ü dövlət qeydiyyatına alınıb

2020-ci ildə 127588 uşağın doğumu qeydə alınıb.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib. Onlardan 67972-i oğlan, 59616-sı qız olub. Həmçinin 1691 əkizin, 46 üçəmin və 1 dördəmin doğumu qeydə alınıb. 2020-ci ildə 1401 uşağın doğumu səyyar qaydada xəstəxanada dövlət qeydiyyatına alınaraq, doğum haqqında şəhadətnamə verilib. Kəndlərdə, qəsəbələrdə doğumu qeydiyyata alınmayan uşaqlar da var, bununla bağlı maarifləndirmə işləri nəticəsində 1312 uşaq aşkar edilib, onlardan 1205-i dövlət qeydiyyatına alınıb.

2020-ci ildə İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 uşaq-dan 83-ü dövlət qeydiyyatına alınıb.

 

Bütün hüquqlar qorunur  ©  Ahlibeyt.az

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10823.html