|
|
Respublika Uşaq Kitabxanası oxucular üçün yeni rubrika təqdim edibF.Köçərli adına Respublika Uşaq Kitabxanası “Əzizinəm Qarabağ” adlı virtual sərgini oxucuların istifadəsinə təqdim edib. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, oxucular, virtual sərgi vasitəsilə Qarabağ həqiqətlərini əks etdirən, real tarixi faktlara və sənədlərə əsaslanan 50 kitabın tam mətni ilə tanış ola bilər. Təqdim olunmuş kitablar arasında Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər”, İsmayıl İmanzadə, Tariyel Abbaslının “Cəbrayıl şəhidləri”, Əlisahib Əroğulun “Erməni-daşnak faşizmi və Azərbaycan”, Günel Anarqızının “Oğlun Qarabağ”, Ələmdar Quluzadənin “Qadan mənə Qarabağ”, Elxan Elatlının “Qisas gecəsi”, Sevinc Nuruqızının “Qisas”, Əlibala Məhərrəmzadənin “ Xocalı Soyqırımı”, Mina Rəşidin “Baxmaqla görmək ayrıdı!” kimi müxtəlif Qarabağ həqiqətlərini əks etdirən kitablar yer alıb - http://clb.az/virtual-srgi_k118.html Qeyd edək ki, kitabxananın ümumi məlumat bazasından stifadə etmək istəyənlər iwww.clb.az saytına baxa bilər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Dekabr, 2020 12:43 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |