16 Dekabr, 2020
Respublika Uşaq Kitabxanası oxucular üçün yeni rubrika təqdim edib

F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Əzizinəm Qarabağ” adlı virtual sərgini oxucuların istifadəsinə təqdim edib.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, oxucular, virtual sərgi vasitəsilə Qarabağ həqiqətlərini əks etdirən, real tarixi faktlara və sənədlərə əsaslanan 50 kitabın tam mətni ilə tanış ola bilər.

Təqdim olunmuş kitablar arasında Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər”, İsmayıl İmanzadə, Tariyel Abbaslının “Cəbrayıl şəhidləri”, Əlisahib Əroğulun “Erməni-daşnak faşizmi və Azərbaycan”, Günel Anarqızının “Oğlun Qarabağ”, Ələmdar Quluzadənin “Qadan mənə Qarabağ”, Elxan Elatlının “Qisas gecəsi”, Sevinc Nuruqızının “Qisas”, Əlibala Məhərrəmzadənin “ Xocalı Soyqırımı”, Mina Rəşidin “Baxmaqla görmək ayrıdı!” kimi müxtəlif Qarabağ həqiqətlərini əks etdirən kitablar yer alıb - http://clb.az/virtual-srgi_k118.html

Qeyd edək ki, kitabxananın ümumi məlumat bazasından stifadə etmək istəyənlər iwww.clb.az saytına baxa bilər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10735.html