|
|
Nigeriyada “Boko Haram” terror təşkilatı 300-dən çox məktəblini girov götürübNigeriyada 300-dən çox məktəblini “Boko Haram” terror təşkilatı girov götürüb. Ahlibeyt.az-ın xəbərinə görə, APA-nın “France Press” agentliyinə istinadən məlumatına əsasən, hadisə ilə bağlı məsuliyyəti “Boko Haram” öz üzərinə götürüb. “Katsinadakı qaçırma əməliyyatının arxasında mənim qardaşlarım dayanır”, - deyə terrorçuların lideri Abubakar Şekauyamın yaydığı səsli mesajda bildirilib. Qeyd edək ki, dekabrın 11-də Nigeriyanın şimal-qərbində yerləşən Kankara regionundakı məktəbə hücum edən silahlılarla hökumətin təhlükəsizlik qüvvələri arasında atışmadan sonra 300-dən çox məktəbli yoxa çıxıb. Xatırladaq ki, “Boko Haram” terror qruplaşması 2014-cü ildə Çibok regionunda da məktəbə hücum edərək yüzlərlə məktəblini girov götürüb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Dekabr, 2020 11:14 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |