
Nigeriyada 300-dən çox məktəblini “Boko Haram” terror təşkilatı girov götürüb.
Ahlibeyt.az-ın xəbərinə görə, APA-nın “France Press” agentliyinə istinadən məlumatına əsasən, hadisə ilə bağlı məsuliyyəti “Boko Haram” öz üzərinə götürüb.
“Katsinadakı qaçırma əməliyyatının arxasında mənim qardaşlarım dayanır”, - deyə terrorçuların lideri Abubakar Şekauyamın yaydığı səsli mesajda bildirilib.
Qeyd edək ki, dekabrın 11-də Nigeriyanın şimal-qərbində yerləşən Kankara regionundakı məktəbə hücum edən silahlılarla hökumətin təhlükəsizlik qüvvələri arasında atışmadan sonra 300-dən çox məktəbli yoxa çıxıb.
Xatırladaq ki, “Boko Haram” terror qruplaşması 2014-cü ildə Çibok regionunda da məktəbə hücum edərək yüzlərlə məktəblini girov götürüb.