|
Azərbaycan ilə İraq arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunubAzərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədovun Kərbəla şəhərinin valisi Naseef Cassim əl-Həttabi və Kərbəla Ticarət Palatasının sədri Nabil Salman əl-Anbari ilə görüşüb. Ahlibeyt.az-ın AZƏRTAC-a istinadən xəbər verir ki, N.Məmmədov Azərbaycanın İraq ilə tarixi, dini və mədəni köklərlə bağlı olduğunu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib. Diplomat ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı barədə məlumat verib. Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının ixracı, turizm, tikinti və digər sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycanın Avropa ilə Asiya arasında strateji məntəqədə yerləşir. N.C.Əl-Həttabi, ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında İraqın Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. Qazanılmış hərbi və siyasi uğurlar münasibətilə Azərbaycanı təbrik edən Kərbəla valisi qardaş Azərbaycan xalqının gələcəkdə bu bölgədə sülh içində yaşamasını arzulayıb. Sonra Əl-Həttabi ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün gələn il nümayəndə heyəti ilə Bakıya rəsmi səfər etmək niyyətində olduğunu deyib. Xatırladaq ki, bir neçə gün əvvəl Kərbəla şəhərində İmam Hüseyn(ə) müqəddəs hərəmində Azərbaycanın 44 günlük müharibə şəhidlərinin anım mərasii keçirilib. Mərasimdə Kərbəla şəhərinin rəsmi nümayəndələri, din xadimləri iştirak ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Dekabr, 2020 15:52 ⁄ Çap
Bu bölmədə30 Dekabr, 2020 Azərbaycanda 5 günlük tətil başlayır14 Dekabr, 2020 Mərkəzi Qan Bankından vətəndaşlara müraciət10 Dekabr, 2020 “Bakıdakı hərbi paradda iştirak edən Ordularımızın əsgərlərini qürurla salamlayırıq” - VİDEO |
Xəbər lenti
22 Yanvar, 2021 14:32
22 Yanvar, 2021 12:39
21 Yanvar, 2021 09:42
20 Yanvar, 2021 12:18
20 Yanvar, 2021 09:44
18 Yanvar, 2021 10:50
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |