4 Dekabr, 2020
Azərbaycan ilə İraq arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədovun Kərbəla şəhərinin valisi Naseef Cassim əl-Həttabi və Kərbəla Ticarət Palatasının sədri Nabil Salman əl-Anbari ilə görüşüb.

Ahlibeyt.az-ın AZƏRTAC-a istinadən xəbər verir ki, N.Məmmədov Azərbaycanın İraq ilə tarixi, dini və mədəni köklərlə bağlı olduğunu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.

Diplomat ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı barədə məlumat verib. Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının ixracı, turizm, tikinti və digər sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycanın Avropa ilə Asiya arasında strateji məntəqədə yerləşir.

1

N.C.Əl-Həttabi, ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında İraqın Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. Qazanılmış hərbi və siyasi uğurlar münasibətilə Azərbaycanı təbrik edən Kərbəla valisi qardaş Azərbaycan xalqının gələcəkdə bu bölgədə sülh içində yaşamasını arzulayıb.

Sonra Əl-Həttabi ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün gələn il nümayəndə heyəti ilə Bakıya rəsmi səfər etmək niyyətində olduğunu deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Kərbəla şəhərində İmam Hüseyn(ə) müqəddəs hərəmində Azərbaycanın 44 günlük müharibə şəhidlərinin anım mərasii keçirilib. Mərasimdə Kərbəla şəhərinin rəsmi nümayəndələri, din xadimləri iştirak ediblər.

1

1

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10692.html