|
|
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdama səfər edib - VİDEOPrezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdama səfər edib. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Birinci xanım Mehriban Əliyeva İnstagram hesabında paylaşım edib.
Birinci xanım Mehriban Əliyevanın paylaşdığı videoda Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlara keçdiklərini, istiqamətin Ağdam şəhəri olduğunu bildirib. “Ağdam şəhərini və işğal altında olmuş rayonunun torpaqlarını bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək, məcbur etdik ki, Ağdam rayonundan çəkilsin”, - deyə Azərbaycan Prezidenti əlavə edib. Prezident İlham Əliyev Ağdama gedən yolda düşmənin müdafiə xətlərini göstərərək deyib ki, Ağdam şəhərinə qədər düşmənin bir neçə müdafiə xətti olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Noyabr, 2020 18:51 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |