إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ermənilərin törətdiyi Qarakənd faciədən 29 il ötdü – Həlak olanların siyahısı

Noyabrın 20-si Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür.

İyirmi yeddi il bundan əvvəl - 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi vertolyotunun erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində heyət üzvləri və sərnişinlər qətlə yetiriliblər. Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri  - ümumilikdə 22 nəfər həlak olub.

- Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - dövlət katibi Tofiq İsmayılov,

Baş prokuror İsmət Qayıbov,

Dövlət müşaviri Məhəmməd Əsədov,

Baş nazirin müavini Zülfi Hacıyev,

Deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov,

Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev,

Nazir müavini Qurban Namazəliyev,

DQMV (Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) prokuroru İqor Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov,

Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov,

fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin,

Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov,

Milis general-mayoru Mixail Lukaşov,

polkovnik-leytenant Oleq Koçerev,

Dövlət katibinin köməkçisi Rafiq Məmmədov,

Telejurnalist Alı Mustafayev,

Azərbaycan Televiziyasının işıqçısı Arif Hüseynzadə,

Videooperator Fəxrəddin Şahbazov,

Vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, heyət üzvləri Gennadi Domov, Dmitri Yarovenko həlak olublar.

Əvvəl rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib.

Hadisədən 29 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib.

Bu terror aktı ilə erməni separatçıları özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2020  09:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!