|
|
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında olublar - VideoNoyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Ahlibeyt.az-ın Prezidentin mətbuat xidmətinə istinadən xəbərinə görə, səfər barədə geniş hesabat noyabrın 17-də veriləcək. Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva özünün "Instagram" səhifəsində işğaldan azad olunmuş Cəbrayıl rayonundan videogörüntü paylaşıb. Videogörüntülərdə Prezident İlham Əliyevin olduğu görünür. Paylaşımda deyilir: "Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN". Videogörüntünü təqdim edirik: Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Noyabr, 2020 10:17 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |