17 Noyabr, 2020
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında olublar - Video

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

Ahlibeyt.az-ın Prezidentin mətbuat xidmətinə istinadən xəbərinə görə, səfər barədə geniş hesabat noyabrın 17-də veriləcək.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva özünün "Instagram" səhifəsində işğaldan azad olunmuş Cəbrayıl rayonundan videogörüntü paylaşıb.

Videogörüntülərdə Prezident İlham Əliyevin olduğu görünür.

Paylaşımda deyilir: "Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN".

Videogörüntünü təqdim edirik:

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10591.html