|
Xələf Xələfov: “Ermənistan müstəqil deyil, digər üçüncü ölkələrin maraq və xarici siyasət alətidir”"Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Misirdəki bəyanatı təxribat xarakterli bəyanat kimi qiymətləndiriməlidir". Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov sentyabrın 16-da BMTM və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda çıxışı zamanı bildirib. Nazir müavini bildirib ki, bu cür çıxışlar Ermənistanın bütün bölgəyə və xüsusilə də Türkiyəyə qarşı təcavüzkar siyasətinin məntiqi davamıdır: “Ermənistan hər fürsətdə Azərbaycan və Türkiyəyə qarşı qarayaxmalar edir. Nazir Mantsakanyanın Misirdəki çıxışı da növbəti qarayaxmadır. Ermənistan bu cür addımlarla özünün təcavüzkar siyasətini ört-basdır etmək niyyəti güdür". Nazir müavini Xələfov bildirib ki, Ermənistan təcavüzkar ölkə olaraq Azərbaycan torpaqlarını işğal edib və bu ölkə hər zaman sülh danışıqlarında substantiv addımların atılması tələb olunanda təxribat və hücumlar edir, sülh üçün münbit şəraiti pozur: "Ermənistanın siyasəti qonşulara qarşı ərazi iddialarına əsaslanan təcavüzkar siyasətdir. Onlar Gürcüstana, Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər". Xələf Xələfov deyib ki, Ermənistan rəsmilərinin bu cür bəyanatlarına qulaq asan ölkələr bu ölkənin təcavüzkar olduğunu yaxşı bilir. O qeyd edib ki, bu gün Azərbaycanın beynəlxalq xarici siyasətdə nüfuzu yüksəkdir: "Ermənistan müstəqil deyil, digər üçüncü ölkələrin maraq və xarici siyasət alətidir. Ermənistan ona deyilən məsələləri, üzərinə qoyulan vəzifələri yerinə yetirmək üçün bu cür bəyanatlar edir. "Azərbaycan öz torpaqlarını azad edəcək. Bizi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına, bir qarış torpağımızın lhaq olunmasına imkan vermərik. Bu sadəcə Ermənistanın xülyasıdır, onlar xəyali prioritetlər qururlar". Nazir müavini qeyd edib ki, bu gün Azərbaycan hərbi təhlükəsizlik siyasətini gücləndirib, müdafiə qabiliyyətini inkişaf etdirib və bütün bunların məntiqi nəticəsinə nail olacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2020 10:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |