|
“Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə çapdan çıxıb
Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə - Anadolu türkcəsi, rus və erməni dillərində çapdan çıxıb. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, kitabda bildirilir ki, işğalçı rus imperatorluğunun “Mərkəzi baş kilsəsi”nin himayədarlığı altında Eçmiədzin kilsəsi qədim Naxçıvanın oğuz-türk tarixini dini-mistik əfsanə qəhrəmanı Noyun (Nuhun) mifik şəxsi rəmzində keşiş Vartanın uydurduğu “erməni Naxçıvanı” adı ilə dünya ictimaiyyətinin beynində yerləşdirmişdi. Professor Əjdər Tağıoğlu "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" əsərində elmi-tarixi faktlarla bu fikri darmadağın edir. Müəllif dünya arxeologiyasına söykənərək bu nəticəyə gəlir ki, tarixdə nə “dünya daşqını” baş vermişdi, nə də dini mistikada guya yeni insan cəmiyyətinin “əcdadı” hesab edilən Noy real şəxsiyyətdir. Bu dini əfsanəni ilk dəfə xristian missionerləri tarixi bizim eradan əvvəl 5000-ci illərə gedib çıxan şumer-türk əhalisinin abidəsi olan “Bilqamıs” dastanının XI bölməsindən götürmüş, bizim erada “Bibliya”da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmində fantastik əlavələrlə xristian tarixinə çevirmişlər. Müəllif araşdırmasında bu nəticəyə gəlir ki, Eçmiədzin kilsəsinin guya XIX əsrin I yarısında yaşamış, əslində heç bir elmi ədəbiyyatda adı qeydə alınmamış, anonim keşiş Vartanın adına uydurduğu “erməni Naxçıvanı” iddiası yarıdilənçi qaçqın, köçəri ermənilərin “qədim Qafqaz tarixi” qədər mifdir! Xatırladaq ki, Azərbaycan dilində 2019-cu ildə nəşr edilmiş kitabın redaktoru AMEA-nın müxbir üzvü, mərhum Vəli Əliyev, rəyçisi Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevdir.
Kitabı Anadolu türkcəsinə çevirən AMEA-nın Naxçıvan bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, rus və erməni dillərinə tərcümə edənlər Rəhim Babayev və Sənubər Abdullayevadır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Avqust, 2020 10:21 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |