|
|
18-ci əsrə aid Nizaməddin məscidinin ətrafı zibildən təmizlənib - FOTOSuraxanı rayonu Əmircan qəsəbəsində yerləşən XIV əsrə aid Nizaməddin məscidinin ətrafı zibildən təmizlənib. Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Trend-ə açıqlanma verilib. Məlumata görə, sosil şəbəkədə yayılan fotolardan sonra əməkdaşları ərazidə olublar. Abidənin ətrafına tökülən zibillər ərazidən yığışdırılıb: "Bir müddətdir ki, ətrafda yaşayan sakinlər həmin əraziyə zibil atırlar. Abidənin qarşısındakı zibillər bir neçə dəfə təmizlənib, sakinlərə də xəbərdarlıq olunub. Belə halların təkrarlanmaması üçün müvafiq dövlət orqanlarına da müraciət olunacaq. Bir daha vətəndaşlarımızdan xaiş edirik ki, belə hallara yol verməsinlər. Abidələri qorumaq, onlara xətər yetirməmək hər bir vətəndaşın borcudur".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Avqust, 2020 10:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |