19 Avqust, 2020
18-ci əsrə aid Nizaməddin məscidinin ətrafı zibildən təmizlənib - FOTO

Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən XIV əsrə aid Nizaməddin məscidinin ətrafı zibildən təmizlənib.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Trend-ə açıqlanma verilib.

Məlumata görə, sosil şəbəkədə yayılan fotolardan sonra əməkdaşları ərazidə olublar. Abidənin ətrafına tökülən zibillər ərazidən yığışdırılıb:

"Bir müddətdir ki, ətrafda yaşayan sakinlər həmin əraziyə zibil atırlar. Abidənin qarşısındakı zibillər bir neçə dəfə təmizlənib, sakinlərə də xəbərdarlıq olunub. Belə halların təkrarlanmaması üçün müvafiq dövlət orqanlarına da müraciət olunacaq. Bir daha vətəndaşlarımızdan xaiş edirik ki, belə hallara yol verməsinlər. Abidələri qorumaq, onlara xətər yetirməmək hər bir vətəndaşın borcudur".

18-ci əsrə aid Nizaməddin məscidinin ətrafı zibildən təmizlənib (FOTO) - Gallery Image

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10253.html