|
|
Kərbəla və Nəcəfdə Məhərrəm ayına hazırlıq görülürKərbəla və Nəcəfdə İmam Hüseynin və İmam Əlinin məqbərələrinin idarəsi Məhərrəm ayına hazırlıq görür. Ahlibeyt.az-ın məlumatına görə, Salamnews İmamhussain.org-a istinadla xəbər verir ki, artıq Kərbəlada imamın məqbərə kompleksinə 50 ədəd elktron qapı və yüzlərlə əlavə termoqrafik kameralar quraşdırılıb. Ziyarətgah kompleksinin aidiyyatı sexində məqbərədən asılacaq əzadarlığın rəmzi olan qara bayrağın tikilişi davam edir. Məlumata görə bu il məhərrəmdə ziyarətgaha hətta əyalətdən kənar şəxslərin daxil olmasına icazə verilməyəcək. Keçirilən məhdud ayinlər üstü açıq məkanlarda sosial məsafə qaydaları ilə keçiriləcək. Qeyd edək ki, İraqda Covid-19 virusuna yoluxmuş şəxslərin ümumi sayı 156 min, bu rəqəmdən sağalananlar isə 112 min təşkil edir. Ölkədə koronavirus qurbanlarının sayı isə 5,531 nəfərdir. Pandemiyaya görə bu ilin məhərrəm ayının ayinlərinin çoxusu keçirilməyəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Avqust, 2020 09:31 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |