14 Avqust, 2020
Kərbəla və Nəcəfdə Məhərrəm ayına hazırlıq görülür

Kərbəla və Nəcəfdə İmam Hüseynin və İmam Əlinin məqbərələrinin idarəsi Məhərrəm ayına hazırlıq görür.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews İmamhussain.org-a istinadla xəbər verir ki, artıq Kərbəlada imamın məqbərə kompleksinə 50 ədəd elktron qapı və yüzlərlə əlavə termoqrafik kameralar quraşdırılıb.

Ziyarətgah kompleksinin aidiyyatı sexində məqbərədən asılacaq əzadarlığın rəmzi olan qara bayrağın tikilişi davam edir.

Məlumata görə bu il məhərrəmdə ziyarətgaha hətta əyalətdən kənar şəxslərin daxil olmasına icazə verilməyəcək. Keçirilən məhdud ayinlər üstü açıq məkanlarda sosial məsafə qaydaları ilə keçiriləcək.

Qeyd edək ki, İraqda Covid-19 virusuna yoluxmuş şəxslərin ümumi sayı 156 min, bu rəqəmdən sağalananlar isə 112 min təşkil edir. Ölkədə koronavirus qurbanlarının sayı isə 5,531 nəfərdir. Pandemiyaya görə bu ilin məhərrəm ayının ayinlərinin çoxusu keçirilməyəcək.

1

1

1

1

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10244.html