|
|
Hacı Şahin Həsənlinin ilk kitabı nəşr olunduİyulun 28-i ilahiyyatçı Hacı Şahin Həsənlinin “Haradan başlamalı” adlı ilk kitabı işıq üzü görüb. Kitab “Parlaq imzalar”a məxsus “İrşad” nəşriyyatında nəşr olunub.
Kitab həyatdan usanmış müasir insana yeni və pozitiv yanaşmalar təqdim edir. Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan Şərq, nə də maddi rifaha köklənmiş Qərb cəmiyyətlərində insan xoşbəxt deyil. Bəs bu böhrandan necə qurtulmalı? Haradan başlamalı? Kitabda bu suallara cavab axtarılır.
Qeyd edək ki, kitab Hacı Şahinin özü tərəfindən qələmə alınmışdır, xütbələrinin məhsulu deyil.
Kitabı yaxın günlərdə şəhərin kitab mağazalarından, həmçinin “İrşad” nəşriyyatı ilə aşağıdakı nömrələrlə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Qeyd edək ki, ölkə üzrə çatdırma ödənişsizdir:
(+994) 55 989 72 59 (whatsapp)
hacishahin.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyul, 2020 14:59 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |