إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Məhdəvəyyət və ya messionizm

Məhdəviyyət yalnız dini bir əqidə deyil, böyük siyasi əhəmiyyətə malik olan bir konsepsiyadır

20-30 il bundan öncə bəşəriyyətin birləşməsi barədə mülahizələr ziyalıların təbəssümü ilə qarşılanırdısa, hazırda müşahidə etdiyimiz qloballaşma prosesi, dövlət sərhədlərinin silinməsi, kommunikasiyaların sürətli inkişafı, iqtisadiyyatın və mədəniyyətin milli sərhədlərin aşması heç kəs də təəccüb doğurmur. İbtidai icma quruluşundan postindustrial dövrə kimi uzun inkişaf yolu gedən bəşəriyyət birləşmənin qaçılmaz olduğunu anlayır. Sual doğuran yeganə məsələ bu birliyin hansı formada mövcud olacağıdır.

Messianizm, və ya məhdəviyyət hansısa şəxsin və ya millətin bəşər tarixində xilaskar missiyasının yerinə yetirməsi, yeni və ədalətli ictimai-siyasi quruluşun bərqərar etməsinə etiqada deyilir

Məhədviyyat mehdiçilik mənasını verən ərəb mənşəli bir kəlmədir. Sözün kökündə duran “məhdi” ərəbcədən tərcümədə “hidayət edən, doğru yola yönəldən” deməkdir. Dilimizə dini ədəbiyyatdan daxil olan bu sözlə adətən on ikinci imamımız Həzrət Sahibəzzamanı (ə) çağırırıq. Ancaq məhdəviyyət yalnız dini bir əqidə deyil, böyük siyasi əhəmiyyətə malik olan bir konsepsiyadır. Qərb ədəbiyyatında “messianizm” kimi istifadə olunan bu termin böyük imperiyaların yaranmasına səbəb olmuş bir ideologiyadır. “Messiya” qədim yəhudi dilindən tərcümədə “məsh olunmuş”, “məsih” deməkdir və yəhudi-xristian ədəbiyyatında Allah tərəfindən seçilmiş xilaskar mənasını verir.

Messianizm, və ya məhdəviyyət hansısa şəxsin və ya millətin bəşər tarixində xilaskar missiyasının yerinə yetirməsi, yeni və ədalətli ictimai-siyasi quruluşun bərqərar etməsinə etiqada deyilir. Bütün dinlər və siyasi cərəyanlar bəşər tarixinə vahid və inkişafda olan bir proses kimi baxırlar. Bu prosesin sonu, yəni inkişaf və tərəqqinin nəhayəti isə “Qızıl əsrin” bərqarar olması ilə səciyələndirilir. Sadəcə həmin “qızıl əsr”i hərə bir cür görür.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Dekabr, 2009  23:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!