|
Hacı Şahin Həsənli: “Müqəddəs Ramazan Bayramı” xütbəsi(VİDEO)Müqəddəs Ramazan Bayramınız Mübarək İslam dünyasının ən müqəddəs günlərindən biri - Ramazan bayramını qeyd edir. On bir ayın sultanı Mübarək Ramazan ayı artıq sona çatdı. Bu bir ay müddətində müsəlmanlar adətən niyyət tutaraq oruc tutur,namaz qılır, axşamlar isə iftar açaraq yenə namaz qılaraq Allah qarşısında mənəvi borclarını yerinə yetirdilər. Tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli "Ramazan bayramı" münasibəti ilə xütbə edib. Bu il ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər planı çərçıvəsində məscid və ziyarətgahlarda kütləvi tədbirlərin, fərdi ibadətlərin və camaat namazlarının qılınması müvəqqəti olaraq təxirə salınmışdır.Bu səbəbdən Fitr bayramı namazı məscid və ziyarətgahlarda deyil fərdi qaydada evlərdə qılınacaq.
Qeyd edək ki, QMİ qazilər şurasının fətvasına əsasən ölkəmizin üfüqünə uyğun olaraq Ramazan bayramı may ayının 24-nə təsadüf edir. Həmçinin mərcəi təqlid müctehidi Ayətullah Xameneinin bu axşam ofisi açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, bazar günü 24 may Şəvval ayının birinci günüdür və Fitr Bayramıdır. Azərbaycan və İranın üfüqü eyni olduğundan hər iki ölkədə bayram sayılır. Xatırladaq ki, Ayətullah Sistani ayın teleskopla görülməsini yetərli bilmədiyi üçün bayram elanı verməyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2020 11:50 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |