|
Onlayn Qədr gecəsini 21 min adam izlədi - FotolarMəlum olduğu kimi, karantin rejimi ilə əlaqədar Azərbaycanda Qədr gecələri ilə bağlı mərasimlər də onlayn təşkil edilir. Artıq mayın 12-si və 14-ü Məşədi Dadaş məscidində videobağlantı vasitəsilə 2 mərasim keçirilib. Saat 22:30-da başlayan məclis məscidin imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin xütbəsi ilə davam edib. Tədbir canlı olaraq Hacı Şahin Həsənlinin rəsmi yutub, feysbuk və instaqram hesablarında yayımlanıb. Canlı yayımlarda instaqramda izləyici sayı 6869, feysbukda 3120, yutubda isə 11340 nəfər olub. Qeyd edək ki, Qədr gecəsi olmasına ehtimal olunan gecələr bu il 12, 14 və 16 may tarixlərinə təsadüf edir. “Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın bugecəki onlayn mərasimdən çəkdiyi fotoları təqdim edirik:
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2020 11:40 ⁄ Çap
Bu bölmədə29 Mart, 2025 Mübarək Ramazan ayının son gecəsinin əməlləri28 Mart, 2025 Fitrə zəkatı nə qədər çıxarılmalıdır19 Mart, 2025 Qədr gecəsi oxunması tövsiyyə iki xüsusi dua19 Mart, 2025 QƏDR gecələri üçün xüsusi hacət namazı |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |