إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Virtual Əhya” - Qədr gecəsi mərasimi canlı olaraq yayımlanacaq

Bu il ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər planı çərçıvəsində məscid və ziyarətgahlarda kütləvi tədbirlərin, fərdi ibadətlərin və camaat namazlarının qılınması müvəqqəti olaraq təxirə salınmışdır.

Mübarək Ramazan ayı mərasimləri digər müsəlman ölkələrində olduğu kimi olduğu kimi Azərbaycanda da virtual olaraq yayımlanır.

Mübarək Ramazan ayının Əhya-gecələri(Qədr gecələri) ərəfəsindəyik.

Bu il müsəlmanlar evlərində “Qədr gecəsi”lərini əhya saxlayacaqlar. Məhdudiyyətlərlə bağlı məscidlər bağlı olacaq və virtual olaraq yayımlanan mərasimləri izləyib əhya gecəsində oyaq qalacaqlar.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu il ölkəmizdə bir çox məscidlər tərəfindən(Youtube,Fecebook,və İnstaqram səhifələri üzərindən) canlı  yayımla “virtual əhya məclisi” təqdim olunacaq.

Məşədi Dadaş məscidi dini icması səhərə qədər əhya saxlayanlar üçün online proqram hazırlayıb.Mərasim Hacı Şahin Həsənlinin rəsmi Youtube,Facebookİnstaqram səhifəsindən yayımlanacaq.

22:30 - Qurani-Kərimin tilavəti (Hacı Ruslan Qasımov)

22:35 - Xütbə (Hacı Şahin Həsənli)

23.30 - Qədr gecəsi duaları (Hacı Şahin Həsənli)

00:00 - Fasilə

01:00 - Cövşən-Kəbir duası (Hacı Ruslan Qasımov)

Ehtimal edilən İkinci və üçüncü Əhya gecələri (14, 16 may) tarixlərində eyni proqramı Hacı Şahin Həsənlinin rəsmi Youtube, Facebookİnstagram hesablarından izləyə biləcəksiniz.

Həmçinin İlahiyyatçı Hacı Ramil Bədəlovun youtube və facebook səhifəsindən, Hacı Cavad məscidində xətib olaraq ilahiyyatçı Hacı Əhliman Rüstəmov,Yeni Günəşli Fatimeyi Zəhra (s.ə) məscidinin rəsmi səhifələrindən Hacı Surxay Əhmədov  canlı yayıma qatılacaq.

Qeyd edək ki,ölkə üzrə çox sayda məscid və ilahiyyatçı tərəfindən canlı yayımda mərasimlər təşkil olunacaq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 May, 2020  13:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!