إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

TƏBİB-dən Ramazan ayında qidalanma qaydaları ilə bağlı tövsiyyə

TƏBİB(Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi) Ramazan ayında sağlam qidalanma ilə bağlı əhaliyə müraciət edib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, məlumatda qeyd olunur ki, Ramazanda lazımi miqdarda maye içilməməsi, az miqdarda qidalanma və ya tam əksi, artıq kalorili qida qəbulu sağlamlığa ziyan ola bilər.

“Qida qəbulunun azalması ilə birlikdə metabolizm zəifləyir və istəmədən çəki artımına gətirib çıxarır. Oruc tutan sağlam insanlar lazımi miqdarda və nizamlı qidalanma qaydalarına əməl edərək, Ramazan ayını sağlam şəkildə başa vura bilərlər”,-deyə məlumatda bildirilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2020  12:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!