|
Siyavuş Novruzov - Təxminən 3000-ə yaxın xaricdə dini təhsil alanımız varÇünki bizdə məscid çoxdur, amma orada ritualların yerinə yetirilməsi üçün kadr çatışmazlığı var. Ahlibeyt.az-ın məlumatına görə bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya geniş müsahibəsi zamanı bildirib. - Azərbaycanda son vaxtlar dini qanunvericiliklə bağlı bir sıra dəyişikliklər oldu. Xaricdə dini təhsil alanlarla bağlı ayinlərin icrası barədə qadağalar qoyulsa da, sonradan bir hissəsi yumşaldıldı. Növbəti hansı dəyişikliklər gözlənilir? - Hələlik dəyişikliklərlə bağlı yeni təkliflər yoxdur. Son dəyişiklik, yəni əvvəlki məhdudiyyətin bir qədər yumşaldılması isə zərurətdən irəli gəldi. Çünki bizdə məscid çoxdur, amma orada ritualların yerinə yetirilməsi üçün kadr çatışmazlığı var. Ona görə də biz məcbur olduq ki, xaricdə təhsil alan vətəndaşlarımızın burada ayin icra etməsinə icazə verək. Təxminən 3000-ə yaxın xaricdə dini təhsil alanımız var. Biz qərar aldıq ki, müvafiq icra qurumunun yoxlanışından sonra onlar arasında ölkədə ayinlərin icrası üçün kadrlar seçilsin.
- Ölkədə məzarlıqlarla bağlı qanun layihəsi uzun illərdir gözlənilir və hələ də də müzakirəyə çıxarılmayıb. Bununla bağlı vəziyyət nə yerdədir? - Bununla bağlı hazırda durum bir qədər deyişib. Belə ki, bu məsələnin qanun layihəsi formasında Milli Məclis tərəfindən yox, qərar formasında Nazirlər Kabineti tərəfindən rəsmiləşdirilməsi qərara alınıb. Biz məzarlıqlarla bağlı qanunu hazırladıq, sonra qərar qəbul olundu ki, bu Nazirlər Kabineti tərəfindən sərəncamla həll olunsun. Bununla bağlı da sənəd Nazirlər Kabinetində tam hazır vəziyyətdədir. Bütün instansiyalardan keçib, yaxın günlərdə bununla bağlı hökumət tərəfindən qərarın verilməsini gözləyirik. Orada məzarlıqlarla bağlı vaxtı ilə açıqlanan bütün standartlar əks olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyul, 2017 17:44 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |