|
|
Qax şəhər məscidi dini icması “Mədəni-dini abidələrimiz” adlı maarifləndirici tədbir keçiribFevralın 8-də Qax şəhərində Qax şəhər məscidi dini icmasının həyata keçirdiyi “Mədəniyyət və din” adlı layihə çərçivəsində “Mədəni-dini abidələrimiz” adlı növbəti tədbir keçirilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə,Tədbirdə Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax rayonu Mədəniyyət evinin rəhbərliyi və mədəniyyət işçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Hacı Əsgərov milli-mənəvi dəyərlərimiz haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Onu da bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilir. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov çıxışında mədəni-dini abidələrimiz haqqında ətraflı məlumat verib. Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə həsr olunan “Şəhadət” sənədli filmi nümayiş olunduqdan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2018 10:12 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |