|
|
Prezident köməkçisinin “Twitter” hesabı bərpa edildiAzərbaycan Prezidenti İlham Əliyevin köməkçisinin “Twitter” hesabı bərpa edilib. "Əziz dostlar erməni lobbi dairələrinin şikayəti əsasında fəaliyyəti dayandırılmış @Twitter profilimin bərpası üçün göstərdiyiniz qəti dəstəyə görə hər birinizə təşəkkür edirəm. Ali Baş Komandan, Prezident İlham Əliyev dediyi kimi "Biz Birlikdə Güclüyük"! Mübarizəmiz davam edir!" Ahlibeyt.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb. Qeyd edək ki, bir gün əvvəl H.Hacıyevin “Tvitter”dəki səhifəsi erməni istifadəçilərinin kütləvi şikayətlərindən sonra bloklanıb. Qarabağ müharibəsi dövründə Hikmət Hacıyevin səhifəsi informasiya mübarizəsinin əsas meydanına çevrilmişdi. 200 minə yaxın istifadəçi hər gün cəbhədəki vəziyyətin həqiqi mənzərəsi haqda H.Hacıyevin səhifəsindən məlumat alırdı. Həm döyüş əməliyyatları zamanı, həm də informasiya müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan erməni sosial şəbəkə istifadəçiləri Azərbaycan Prezidenti köməkçisinin səhifəsini kütləvi şəkildə şikayət etmişlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Noyabr, 2020 10:12 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |