|
|
Nazir: Biz tələb edirik ki, Dağlıq Qarabağ danışıqlarında konkret nəticələr olsun"Bu gün axşam Moskvaya yola düşürəm. Sabah həmsədrlərlə görüş olacaq". Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə noyabrın 19-20-də Bakıda səfərdə olacaq. "Müzakirə olunacaq məsələlər masa üstündədir. Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın. Hətta tələb edirik ki, konkret nəticələr olsun. Prezidentlərin görüşündə də qeyd edildi ki, danışıqlar intensiv xarakter alsın. Bu mövqe ilə Moskvaya gedirəm. Münaqişənin həllinin vaxtı çatıb. Hamı bilir ki, danışıqlar nəticəli olmalı, məcburi köçkünlər geri qaytarılmalı və sülh bərpa edilməlidir. Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Noyabr, 2017 14:51 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |