|
Məşədi Dadaş məscidində Həzrəti Məhəmmədin(s) möhtəşəm mövlud mərasimi - FotoDünyanın hər yerində olduğu kimi bu günlərdə Azərbaycanda da İslam peyğəmbəri həzrət Məhəmmədin (s) mövludu keçirilir. Belə tədbirlərdən biri dekabrın 5-i Bakının Məşədi Dadaş məscidində təşkil olunub. Məşədi Dadaş məscidində keçirilən mövlud gecəsinə ölkənin tanınmış din xadimləri, alimləri, ədibləri və sənətkarları qatılıb. Məşhur qari hacı Ruslan Qasımovun Quran tilavəti ilə başlayan tədbirdə ilahiyyatçı hacı Şahin Həsənli, fəlsəfə doktoru Mail Yaqub, tənqidçi, yazıçı və esseist Əsəd Cahangir, əməkdar incəsənət xadimi, yazıçı, rejissor və jurnalist Orxan Fikrətoğlu, məşhur ilahiyyatçı Axund Azər Sani, tarixçi Dilavər Əzimli, yazıçı, şair və kinodramaturq İlqar Fəhmi, tanınmış qəzəlxan Arif Buzovnalı çıxış ediblər. Muğam sənətimizin dünyaca tanınmış simalarından olan Mirələm Mirələmov və məşhur xanəndə Hüseyn Məlikov öz ifaları ilə tədbirə xüsusi ab-hava qatıblar. Tədbirin bədii hissəsinin əsas yükü isə öz ilahiləri ilə şöhrət qazanmış “Azərbayacan” qrupunun üzərinə düşdü. Onların ifasında təvaşeh və ilahilər gecəyə unudlmaz bayram ruhiyyəsi qatdı. 2 saat 30 dəqiqə davam edən tədbiri məscidin həyətində quraşdırılmış monitorlardan və hacı Şahin Həsənlinin rəsmi Facebook səhifəsindən izləmək mümkün idi. Sonda bayram süfrəsi açıldı. hacishahin.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Dekabr, 2017 13:19 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |