|
|
Ermənilər hətta XIX əsrdə Şuşada tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özününküləşdiriblər - Video“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi erməni işğalı altında olan ərazilərdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı beynəlxalq auditoriyaya daha bir müraciət ünvanlayıb. Ahlibeyt.az-ın məlumatına görə, İcmadan "Report"a verilən açıqlamaya əsasən, müraciətdə beynəlxalq ictimaiyyət ermənilərin işğalı altında olan ərazilərdə Azərbaycan xalqının milli irsinin məhv edilməsinə göz yummamağa çağrılır. Sosial medianın tələbləri nəzərə alınmaqla ingilis dilində hazırlanan video müraciət bu dəfə də Azərbaycan hökumətinin qərarı ilə “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilən Bakıdakı erməni kilsəsindən bəhs olunub. Video müraciət də Azərbaycan xalqının multukulturalizim ənənələrinə sadiq qaldığı vurğulanaraq bildirilib ki, Bakının məkəzində erməni kilsəsi və bu kilsəyə aid olan ədəbiyyatlar qorunub saxlanıldığı halda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal altında olan ətraf rayonlarda tarixi, mədəni, dini abidələr məhv edilir, qədim məscidlərin üzərindəki daş kitabələr dəyişdirilərək onların tarixi saxtalaşdırılır. Ermənilər hətta XIX əsrdə Şuşada rus hərbçiləri üçün tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özünüküləşdiriblər. Beynəlxalq təşkilatların və onların rəhbərlərinin ünvanlarına göndərilən müraciətdə əsas məqsəd diqqəti ermənilərin vandal hərəkətlərinə yönəltmək, işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrmizin dağıdılmasına son qoymağa nail olmaqdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyun, 2019 10:26 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |