|
Azərbaycanlı zəvvarların 14 günlük “Ərəfə karvanı” vətənə döndü - FotolentMəlumat verildiyi kimi avqustun 11-dən "Salam Tour" şirkətinin təşkilatçılığı ilə Ərəfə günü ilə bağlı İmam Hüseyni (ə) ziyarət etmək məqsədilə Azərbaycandan İraqa 700 nəfərə yaxın zəvvar kərvan yola düşüb. İki həftə davam edən ziyarətdə zəvvarlar İranın Məşhəd, İraqın Nəcəf, Kufə, Bağdad, Samirə və Kərbəla şəhərlərində olublar, müqəddəs yerləri ziyarət ediblər. Belə ki, zəvvarlarımız ilk dayanacağı müqəddəs Məşhəd şəhəri olub. 3 gün Məşhəddə olan zəvvarlar İmam Rzanın (ə) müqəddəs hərəmini ziyarət ediblər. Ziyarətin ilk günü Hacı Şahin Həsənlinin İmam Rzanın (ə) şəxsiyyəti və övliyaya təzim barədə qısa çıxışından sonra, ziyarətnamə oxunub. Sonda xalqımız, ordumuz və Qarabağımız üçün dualar edilib. Avqustun 14-ü Azərbaycandan gələn Ərəfə karvanı üçün hərəmin "Darul-Mərhəmət" zalında xüsusi tədbir təşkil olunub. Zəvvar izdihamının İmam Rzanın (ə) məqbərə kompleksinə daxil olması, ilahiyyatçı Hacı Şahin Həsənlinin hərəm rəhbərliyi tərəfindən qarşılanması yerli televiziyada işıqlandırılıb.
Avqustun 16-da Ərəfə karvanı müqəddəs Nəcəf şəhərinə çatıb. Burada zəvvarlar həzrət Əlini (ə) ziyarət ediblər. İlahiyyatçı Hacı Şahin Həsənli həzrət Əlinin (ə) məqbərəsi qarşısında zəvvarlarımız qarşısında çıxış edib. Ziyarətin əhəmiyyətinə toxunan ilahiyyatçı həzrər Əlinin (ə) şəxsiyyəti haqda da geniş söz açıb. Onun sözlərinə görə, imam Əli (ə) ucalıq mücəssiməsi olduğu üçün həm öz zamanında, həm bu gün insanların imtahan vasitəsidir. Onun huzurunda qəlbdə gizlənən təkəbbür üzə çıxır və insan öz mənəvi durumunu müşahidə edir. Qeyd olunub ki, imam Əli (ə) Azərbaycan xalqının din və məzhəbindən asılı olmayaraq ortaq dəyəri, sevdiyi və təzim etdiyi övliyadır.
Zəvvarlarımız həmçinin müqəddəs Küfə, Samirra, Kazimeyn şəhərlərində olub, məsum İmamların məqbələrini ziyarət ediblər.
Daha sonra ərəfə karvanı avqustun 18-i Kərbəlaya çatıb. Zəvvarlarımız Azərbaycaycan bayraqları və şəhidlərimizin şəkilləri ilə keçirdikləri yürüşlə ilk ziyarətinə başlayıblar. Avqustun 19-u isə İmam Hüseynin (ə) müqəddəs hərəmində artıq ənənə halına düşmüş xüsusi məclis təşkil olunub. Mərasimdə Hacı Şahin Həsənli çıxış edib. Hərəmin əsas minbərində zəvvarlar qarşısında xütbə söyləyən ilahiyyatçı Kərbəla hadisəsinin mahiyyətindən, insan fitrəti ilə səsləşməsindən söz açıb. Xütbənin ardınca Seyid Peyman Boradigahi növhə və mərsiyyələr oxuyub. Ötən il olduğu kimi bu ildə şəhidlər sərvəri həzrət İmam Hüseynin (ə) hərəmində Azərbaycan şəhidlərinin şəkilləri və bayraqlarımız yerləşdirilib. Bundan əlavə gənc zəvvarlarımızın köynəklərini şehidlərimizin şəkilləri bəzəyirdi. Izdihamlı tədbirə digər ölkələrdən olan zəvvarlar da qatılıblar. Tədbir Hacı Şahin Həsənlinin rəsmi Facebook və İnstagram səhifələrində canlı yayımlanıb.
Avqustun 21-i Azərbaycandan Kərbəlaya yola düşən Ərəfə karvanı Xeyməgahda novbəti izdihamlı tədbir keçirib. Xeyməgah İmam Hüseyn (ə) və yavərlərinin çadırları yerləşdiyi məkandır. Hazırda həmin yerdə məscid kompleksi inşa edilib. Kompleksin böyük zalında keçirilən tədbir Hacı Ruslan Qasımovun müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra ilahiyyatçı Hacı Şahin Həsənli xütbə ilə çıxış edib.
Ziyarətin və tədbirin təşkilində iştirakı olan hər kəsə təşəkkür edən ilahiyyatçı yaxşı işlə saleh əməl arasında fərq barədə söz açıb. Belə ki, saleh iş yerində görülən, lazım olan yaxşı işdir. Necə ki, İmam Hüseyn (ə) Həcc kimi yaxşı işi yarımçıq qoyub Kərbəlaya yola düşdü. Ş.Həsənlinin sözlərinə görə, inanclı insan saleh iş üçün fürsətləri dəyərləndirməyi bacarmalıdır. Fürsət əldən gedərsə, insan yaxşı görsənən əməli ilə ziyanlı iş görə bilər. Habelə vaxtında düzgün atılmayan addım, gələcəkdə ictimai fəsada yol aça bilər. Daha sonra Seyid Peyman Boradigahi Kərbəla şəhidlərinə mədhiyyələr söylədi, növhələr oxudu. Sonda Azərbaycan xalqının rifahı, ordumuzun zəfəri, ərazi bütövlüyümüz və şəhidlərimiz üçün dualar edildi. Avqustun 23-də karvar İmam Hüseynin (ə) müqəddəs hərəmində vida ziyarəti edib, dualar oxuyublar.
Avqustun 24-ü Ərəfə karvanı Kərbəla ziyarətini başa vuraraq vətənə dönüb. Mənbə: SalamNews.org Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Avqust, 2018 15:13 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |