|
|
Azərbaycanda “Qurani-Kərim”i əzbərləyən 35 kollec tələbəsinə “Hafiz” titulu verilibAzərbaycan Respublikası Şəki İslam (hafizlik) kollecində X ənənəvi hafizlik mərasimi keçirilib. Kollecin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mərasimdə 35 hafiz iştirak etmiş və hafizlik diplomu almağa layiq görülmüşdür.
Tədbirdə Şəki şəhər icra hakimiyyətindən nümayəndələr, Qafqaz Müsəlmanları İdarəsinin I müavini və ölkəmizin müftisi Hacı Salman Musayev, sədrin müavini Hacı Qəmər xanım Cavadlı, Gəncliyə Fondu (GYF) Himayəçilər Şurasının sədri Ahmet Tecim və GYF kollektivi, Türkiyə Respublikasının Bakıdakı səfirliyinin Din İşləri üzrə nümayəndəsi Professor Kamil Güneş, Şəki şəhər təhsil şöbəsinin nümayəndəsi, Ağsaqqallar şurası sədrinin müavini və bir sıra rəsmi şəxslər iştirak etmişdir.
Tədbirdə həmçinin QMİ-nin regionlar üzrə şöbəsinin nümayəndələri, digər kollec kollektivləri, icma sədrləri və məscid imamları iştirak etmişlər.
Şəki Mərkəzi Cümə məscidində keçirilən tədbirdə çıxış edən natiqlər hafizlərə xeyir-dua verərək öz tövsiyyələrini dilə gətiriblər.
Mərasimdə İslam dininin müqəddəs kitabı Qurani-Kərimi başdan sona qədər əzbərləyən 35 kollec tələbəsi “Hafiz” titulunu əldə etmişdir.
Mənbə:vetenperver.az
![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2018 15:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |