|
|
Azərbaycanda məscid və ziyarətgahlara giriş-çıxışa müvəqqəti qadağa qoyulduAzərbaycan ərazisində koronavirus təhlükəsinin qarşısının alınması məqsədi ilə bütün kütləvi tədbirlərin qadağan olunmasını nəzərə alaraq, məscid və ziyarətgahlara giriş-çıxışa və ibadətlərə müvəqqəti olaraq məhdudiyyət tətbiq olunub. Ahlibeyt.az-ın məlumatına görə, qərar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahının qərarının müzakirəsinə həsr olunmuş 17 mart 2020-ci il tarixli birgə iclasında qəbul olunmuşdur. Qərarda bildirilir: Dindarların nəzərinə! Hal-hazırda bütün dünyada sürətlə yayılmaqda olan koronovirusun bilavasitə təmaslar vasitəsi ilə yoluxaraq insan həyatına ciddi təhlükə yaratmasını, Azərbaycan ərazisində bütün kütləvi tədbirlərin qadağan olunmasını nəzərə alaraq,onun qarşısını almaq məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa və ibadətlərə müvəqqəti olaraq qadağa qoyulur. Bu qərar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahının qərarının müzakirəsinə həsr olunmuş 17 mart 2020-ci il tarixli birgə iclasında qəbul olunmuşdur. Dindarlardan bu qərara əməl etmələri xahiş olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Mart, 2020 19:08 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |