|
|
Ali Erbaş: “Məhəmməd Peyğəmbərin mövlud həftəsi ilə əlaqədar Bakıda tədbir təşkil edəcəyik”Dinlər Yer üzünə birliyi, sülhü, xeyri bərqərar etmək üçün göndərilib. Bütün peyğəmbərlərin məqsədi pislikləri aradan qaldırmaq, yaxşılıqları təbliğ etmək olub. Bakıda Dünya dini liderlərinin II Sammitində iştirak dini liderlər müharibə, aclıq, terror kimi önəmli problemlərin həlli yollarını müzakirə edirlər. İki gün davam edəcək sammitin aktual məsələlərin həllinə töhfə verəcəyinə inanıram. Ahlibeyt.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri sammitdə iştirak edən Türkiyə Dəyanət İşləri başqanı Ali Erbaş deyib. "Bütün dünyaya, xüsusilə terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq. Bildirmək istəyirik ki, terrorun dini, inancı yoxdur və o, hər kəs üçün təhlükəlidir. Türkiyə terror təşkilatları ilə hələ də mübarizə aparır. Biz apardığımız mübarizəyə bütün ölkələrin, dini liderlərin dəstək verməsini arzulayırıq", - deyə A.Erbaş qeyd edib. Türkiyə Dəyanət İşləri başqanı Məhəmməd Peyğəmbərin mövlud həftəsi ilə əlaqədar noyabrın 16-da Bakıda tədbir təşkil edəcəklərini də diqqətə çatdırıb. Bildirib ki, həmin tədbirdə İslam Peyğəmbərinin nümunəvi həyat yolundan danışılacaq, onun insanlara qazandırdığı dəyərlərdən söhbət açılacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Noyabr, 2019 10:24 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |