|
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycan hökumətinə təşəkkür edibslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) İdarə Heyətinin iclası keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Salamnews-a Mərkəzdən verilən məlumata əsasən, İdarə Heyətinin sədri Elçin Əsgərov (Azərbaycan), üzvlər Aygül Gabdrahmanova (Rusiya, Tatarıstan), Fsahat Ul-Hassan (Pakistan), Vaciha Haris (Rumıniya), İƏGF-ARM-nin Baş direktoru Elməddin Mehdiyev və müşahidəçi statusunda İƏT Gənclər Forumu Baş direktoru Rasul Ömərovun iştirakı ilə bir neçə gün öncə Bakıda keçirilən iclasda Mərkəzin fəaliyyəti ilə bağlı gündəlikdə duran mühüm məsələlər müzakirə edilib. Eyni zamanda, İdarə Heyəti xüsusi qərarla, son 9 ildə Forumun Avrasiya üzrə Regional Mərkəzinə etdiyi ev sahibliyinə və göstərdiyi mütəmadi və əhəmiyyətli dəstəyə görə Azərbaycan hökumətinə və ölkə rəhbərliyinə minnətdarlıq ifadə edib. Həmçinin, 2004-cü il dekabr ayının 4-də İƏT Gənclər Forumunun Bakıda təsis edilməsinin 15 illiyi ilə əlaqədar qəbul edilən qərarlaİƏT platformasında gənclik məsələlərinin institutlaşmasını təmin edən və gəncliyin inkişafını hədəfləyən bu Forumun təsis olunmasında həlledicidəstəyinə və böyüktöhfəsinə görə Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev cənablarınaxüsusi təşəkkür ifadə olunub.Eyni zamanda iştirakçılar İƏGF-ARM ilə tərəfdaşlıq edən qurumlara, eləcə də 2019-cu ildə2 beynəxalq tədbirin (5-ci Kazan İƏT Gənc Sahibkarlar Forumu və 1-ci Beynəlxalq İƏT Modeli - Avrasiya) uğurla həyata keçirilməsində həmtəşkilatçı qismində iştirak edənTatarstan (RF) hökumətinə öz təşəkkürünü bildirib. İclasda qurumun Baş direktoru Elməddin Mehdiyevin təqdim etdiyi 2019-cu il üzrə İƏGF-ARM-nin hesabatı İdarə Heyəti tərəfindən qəbul edilib, eyni zamanda 2020-ci il üçün nəzərdə tutulan və təklif olunan layihə və proqramlar müzakirə olunub. İdarə Heyətinin növbəti icalsı Pakistanın paytaxtı İslamabad şəhərində 2020-ci ilin yanvar ayının son həftəsinə təyin olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2019 13:42 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |