|
|
Yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı verilən tövsiyələr kifayət qədər təsir göstərib - Komitə sədriAzərbaycanda bir çox yerlərdə yas mərasimlərinin sadələşdirilməsi istiqamətində əhali özü razılığa gələrək bu addımı atıb. Bir çox kəndlərdə, rayonlarda ümumi razılıqla bu məsələlər həll edilib. Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. M.Qurbanlı bildirib ki, Azərbaycanda yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası zamanında fətva verib və çağırış edərək, yas mərasimlərində dəbdəbəli vəziyyət yaradılmaması, o cümlədən israfçılığa yol verilməməsi barədə tapşırıq verilib: “Bu, tövsiyə xarakterli bir çağırışdır. İslamda yas mərasimləri ilə bağlı mütəxəsislərin, imamlarımızın geniş açıqlamaları var. Biri var adət-ənənələr, biri var İslamdan irəli gələn vacib şərtlər. Əgər biz islami dəyərlərə diqqət yetirsək, İslam dinindəki mərasim tamamilə başqa formada olmalıdır. Amma bizdə yas mərasimləri bəzən adət-ənənələrdən irəli gələn məsələlərdə özünü biruzə verir. Əlbəttə, burada hər hansı bir qadağadan söhbət gedə bilməz. Bu, yalnız təbliğat, tövsiyələr yolu ilə həll edilə bilər. Burada hər hansı bir müdaxilədən söhbət gedə bilməz”. M.Qurbanlı vurğulayıb ki, bu məsələ təbliğat yolu ilə tədricən öz həllini tapacaq: “İndiyə qədər verilən tövsiyələr kifayət qədər təsir göstərib, bir çox yerlərdə yas mərasimlərinin sadələşdirilməsi istiqamətində əhali özü razılığa gələrək bu addımı atıb. Bir çox kəndlərdə, rayonlarda ümumi razılıqla bu məsələləri həll ediblər. Ona görə də hesab edirəm ki, burada tövsiyələr mühüm rol oynayır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Dekabr, 2019 12:54 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |