|
|
Növbədənkənar parlament seçkilərilə əlaqədar ödənişsiz təşviqatın aparılacağı KİV-lər müəyyənləşəcəkDekabrın 26-dək növbədənkənar parlament seçkilərilə əlaqədar ödənişsiz təşviqatın aparılacağı KİV-lər müəyyənləşəcək. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən KİV-də seçkiqabağı ödənişsiz təşviqat aparmaq məqsədilə yer ayrılacaq teleradio verilişləri təşkilatlarının və dövri nəşr redaksiyalarının siyahısı 2019-cu il dekabrın 26-dək dərc ediləcək.
Seçki Məcəlləsinə əsasən, MSK müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən seçkilərin təyin edilməsi haqqında sərəncam rəsmi dərc olunduqdan sonra 20 gündən gec olmayaraq birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən KİV-də seçkiqabağı ödənişsiz təşviqat aparmaq məqsədilə yer ayrılacaq teleradio verilişləri təşkilatlarının və dövri nəşr redaksiyalarının siyahısının dərc edilməsini təmin etməlidir.
Gələn il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət dekabrın 26-dək olan dövrü əhatə edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Dekabr, 2019 10:36 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |