|
|
Gündüz İsmayılov: “Azərbaycan dünyəvi dövlətdir, amma dinsiz ölkə deyil”"Dünyada bəzi dini qruplar dünyəvilik anlayışını istismar edirlər. Dünyəvi dövlətdə dövlət idarəçiliyində din iştirak etmir, amma dünyəvi dövlət o demək deyil ki, o, dinsizdir. Ahlibeyt.az-ın APA-ya istinadla xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dünyəviliyin tarixi və bu günü” adlı konfransda deyib: Biz hər zaman bu məsələdə ulu öndər Heydər Əliyevin fikrini əsas sitat kimi nəzərdə tuturuq. Qeyd edirik ki, Azərbaycan dünyəvi dövlətdir, amma dinsiz ölkə deyil”. G. İsmayılovun sözlərinə görə, dünyəvi dövlət o demək deyil ki, dinə qarşı bir mövqedə dayanır: “Hətta dünyəvi dövlət olduğu halda dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Bunun bariz nümunəsi kimi Azərbaycanı göstərmək olar. Bizim ölkəmizdə əhalinin 96 faizini müsəlmanlar təşkil edir. İslam dininin müqəddəs bayramları sayılan Ramazan, Qurban bayramları dövlət səviyyəsində qeyd edilir. Biz dünyəvi dövlət olsaq da, qanun qarşısında bütün dini qurumların bərabər olması prinsipini qəbul etsək də, dini qurumlara, dini konfessiyalara imkan olduğu qədər qayğı və diqqətlə yanaşırıq”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Noyabr, 2019 10:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |