|
|
UNESKO-nun Baş Konfransında Azərbaycan nümayəndə heyəti erməni yalanlarını ifşa edibUNESKO-nun Baş Konfransının 40-cı sessiyasında ümumi siyasi debatlar zamanı çıxış edən Ermənistan təhsil və elm naziri Arayik Harutyunyan təxribata əl atıb. O, Dağlıq Qarabağ “xalqı”nın öz təhsil hüququndan istifadə edə bilməməsi və mədəni irs abidələrinin qorunması mövzusuna toxunaraq, Naxçıvanda “erməni qəbirlərinin dağıdılması” kimi yanlış fikirlər söyləyib. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyi cavab hüququndan istifadə edib. Müşavir Ayaz Qocayev nümayəndə heyətimizin bəyanatını həmin debatda səsləndirib. Bəyanatda ölkəmizin ərazisinin 20 faizinin erməni qoşunları tərəfindən işğal olunduğu və bu işğalın uzun illərdir davam etdiyi bildirilib. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal altındakı torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq Ermənistan torpaqlarımızı hələ də işğal altında saxlayır. Bir milyon azərbaycanlı doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bəyanatda vurğulanıb ki, Dağlıq Qarabağ “xalqı” yoxdur, Dağlıq Qarabağın uzun zaman sülh və harmoniyada yaşamış azərbaycanlı və erməni icmaları var. Ermənistan tərəfindən aparılmış təcavüz və separatçılıq siyasəti nəticəsində Dağlıq Qarabağın azərbaycanlı icması etnik təmizlənməyə məruz qalıb. Burada yaşamış azərbaycanlılar öz təhsil hüquqlarından istifadə edə bilmədikləri üçün 2030-cu il Davamlı İnkişaf Proqramının məqsədləri həyata keçirilmir. Sülh və birgə yaşamaq mədəniyyətini aşılamaqda, nifrət nitqinə qarşı mübarizə aparmaqda təhsilin vacibliyi qeyd olunan bəyanatda belə təhsilin ilk növbədə azərbaycanlıların və ermənilərin etnik uyğunsuzluğundan danışan və nasist generallarının şərəfinə abidə ucaldan Ermənistan rəhbərlərinə tətbiq edilməli olduğu vurğulanıb. Yuxarıda sadalanan belə təhlükəli siyasətin beynəlxalq və regional təşkilatlar tərəfindən də tənqid edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, mədəni irsin qorunmasına gəldikdə isə erməni tərəfi ölkəmizin işğal olunmuş ərazilərində Azərbaycanın bütün mədəni irs abidələrini niyyətli şəkildə yerlə-yeksan etməkləri ilə bağlı hesabat verməlidirlər. Bəyanatın sonunda bildirilib ki, insanların düşüncəsində sülh yaratmaq üçün UNESKO kimi mötəbər təşkilatdan istifadə etməliyik ki, gələcək nəsillər birgə sülh və harmoniyada yaşamaq ideyasından bəhrələnə bilsin.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2019 10:38 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |