|
|
BSU-da yeni layihə: Tələbələr məktəb psixoloquna dəstək olacaqlarBakı Slavyan Universitetinin (BSU) nəzdindəki Məktəb-Lisey Kompleksində yeni startap layihəsinin icrasına başlanılıb. Ahlibeyt.az-ın məlumatına görə, BSU-dan Azərtac-a bildirilib ki, layihə “risk qrupuna” aid olan, emosional cəhətdən qeyri-sabit, kollektivə uyğunlaşmaqda çətinlik çəkən uşaqlara psixoloji yardım etmək və məktəb psixoloquna dəstək olmaq məqsədi daşıyır. İlkin mərhələdə Pedaqoji fakültədə təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbələrin fasiləsiz təcrübəsinin təşkili nəzərdə tutulur. Artıq tələbələr siniflərə təqdim edilib, şagirdlərlə aparılacaq işin növləri və formaları müəyyənləşib. Tələbələrin fasiləsiz təcrübəsinin nəticələri haqqında məlumat məktəbin rəhbərliyinə, fakültə dekanına və layihə koordinatoruna təqdim olunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Noyabr, 2019 14:57 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |