|
ABŞ-ın ATƏT-dəki səfiri: “Dağlıq Qarabağ məsələsində “status-kvo” qəbuledilməzdir”"ABŞ ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinə çox böyük əhəmiyyət verir və digər həmkarlarımız kimi, tərəflərlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərimizi davam etdirməyə sadiqliyimizi ifadə edirik". Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor ATƏT Daimi Şurasının noyabrın 7-də keçirilən iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı çıxışında deyib. Səfir bildirib ki, həmsədrlərin bir il əvvəl Daimi Şurada iştirakından sonra xeyli dəyişiklik baş verib: "Son aylar təmas xəttində baş verən itkilərdən narahatıq. Bu itkilər davam edən münaqişənin insan həyatına başa gəldiyini göstərir, gərginliyi artırır, tərəflər arasında inamsızlığı, düşmənçiliyi dərinləşdirir və davamlı həll yolu üçün perspektivləri azaldır. Eyni zamanda, Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri arasında konstruktiv və yüksək səviyyəli təmaslar bizi ruhlandırır. Gəlin qeyd edək ki, bu salonda son iştirakınızdan sonra Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanı bir araya gətirdiniz. Daimi Şuraya təqdim etdiyiniz son hesabatınızdan bəri iki ölkənin xarici işlər nazirlərinin Milan, Paris, Moskva, Vaşinqtonda və BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən illik sessiyası çərçivəsində beş görüşünü təşkil etdiniz. Bu əlaqə səviyyəsi birbaşa və müsbət divident yaratmalıdır və yarada bilər. Tərəfləri əhalini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün bu il ərzində müzakirə olunmuş konkret humanitar və təhlükəsizlik tədbirləri barədə razılığa gəlməyə çağırırıq. Bu il iyunun 28-də məhkumların eyni vaxtda sərbəst buraxılmasını da alqışlayırıq. Hələlik bu məsələlərdə razılaşma kifayət deyil. Biz tərəfləri bu razılaşmaları konkret hərəkətlərə çevirməyə çağırırıq. Tərəflərin öz xalqlarını barışa hazırlamaq, qarşılıqlı ittiham və günahlandırmadan çəkinməsinin vaxtı çatıb". Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar təhlükəsizlik vəziyyətini sabitləşdirə və danışıqlar üçün daha konstruktiv mühit yarada biləcək etimad tədbirlərini və ermənilərlə azərbaycanlılar arasında artan dialoqu dəstəkləyir: "Dialoqda iştirak edənlər öz ölkələrinə qayıtdıqda təqib və cəzalandırma qorxusu olmadan bunu sərbəst şəkildə edə bilməlidirlər. Səfir Kaspşik, vəziyyəti qiymətləndirmənizi və qrupunuzun tərəflər arasında şəffaflıq və etimadın artırılması səylərini yüksək qiymətləndiririk. Bu iş əvəzsizdir və biz bu məsələdə sizi tam dəstəkləyirik. Həmsədrlərin vasitəçilik səylərini dəstəkləmək istiqamətində Slovakiya sədri ilə əməkdaşlığınızı və regionda vəziyyətin sabitləşdirilməsi üçün tərəflərlə sıx əməkdaşlığınızı yüksək qiymətləndiririk. Bu münaqişənin hərbi yolla həlli ola bilməz və "status-kvo" qəbuledilməzdir. Birləşmiş Ştatlar iştirakçı dövlətlərin bölüşdüyü, Helsinki Yekun Aktında əks olunduğu kimi, güc tətbiq etməmək və ya hədələməmək, ərazi bütövlüyü, xalqların bərabər hüququ və öz müqəddəratını təyin etməsi prinsiplərinə əsaslanan davamlı və dinc həll yolunu tapmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Noyabr, 2019 11:01 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |