|
|
Viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Aİ birgə komitəsinin iclası keçiriləcəkBakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Aİ birgə komitəsinin iclası bu həftə keçiriləcək.Ahlibeyt.az-ın məlumatına görə, "Report" bu barədə mötəbər diplomatik mənbəyə istinadən xəbər verir. Noyabrın 6-da Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Avropa İttifaqı (Aİ) birgə komitəsinin növbəti iclası bu həftə keçiriləcək.
Xatırladaq ki, sentyabr ayında Azərbaycan və Aİ readmissiya üzrə birgə komitənin iclasını keçirib. Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan 2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin sammiti çərçivəsində viza rejiminin sadələşdirilməsinə dair müqavilə imzalayıb. 2014-cü il fevralın 28-də isə Aİ və Azərbaycan readmissiya haqqında saziş imzalayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Noyabr, 2019 15:28 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |