|
“Mədəni irsimizin səsi” sosial filmi təqdim edilib - FOTOMədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən istehsal edilən “Mədəni irsimizin səsi” sosial filminin təqdimatı keçirilib. Filmdə Qarabağın işğal olunmuş ərazilərində 1510 mədəniyyət müəssisəsi, 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayın qarət edilərək yandırılması, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatın talan olunması eləcə də işğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscidin erməni təcavüzünün qurbanına çevrilməsi, dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələrinin məhv edilməsinə dair məlumatlar yer alıb. Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, filmdə Qarabağ müharibəsi zamanı Füzuli rayonunda dağıdılmış, uçurulmuş, vandalcasına məhv edilmiş tarixi-mədəni abidələrimiz nümayiş etdirilib. Füzuli rayonunda qədim dövrlərə aid tarixi-mədəni yerlər eləcə də XIII əsrə aid Babı türbəsi, Əhmədalılar türbəsi, Böyük Bəhmənli kənd məscidi, Aşağı Əbdürrəhmanlı kənd məzarlığı və qədim su kəhrizi haqda məlumatlar yer alıb. Bildirilib ki, hələ Sovetlər dövründə xalqımızın qan yaddaşını təcəssüm etdirən bu mədəni abidələr heç bir əxlaqi dəyərlərə sığmadan müxtəlif təsərrüfat məqsədləri üçün, kimyəvi preparatların saxlanc yeri kimi istifadə edilmiş, bəziləri yandırılmış və ya baxımsız hala gətirilmiş, Böyük Bəhmənli kəndinin yaxınlığındakı qədim şəhəin qalıqları yer üzündən silinərək yerində əkin sahələri salınmışdır. Qarabağ müharibəsi dövründə bir neçə ay erməni hərbi birləşmələrinin işğalı altında qalan kəndlərimizdəki tarixi-mədəni abidələrin dağıdıldığını, güllə boran edildiyini, uçurulduğunu bildirən BAMF prezidenti Umud Mirzəyev işğal altında qalan yurdlarımızın səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün təxirəsalınmaz işlərin görülməsinin vacib olduğunu bildirib. O, film haqda məlumatların ingilis, rus, türk, ərəb dillərində yayımlanacağını vurğulayıb. Abidələrin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qismən bərpa olunduğu və hal-hazırda əsaslı təmirə ehtiyacı olduğu qeyd edilib. Tədbirdə millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ,Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Əliyev, Mədəniyyət Nazirliyinin nümayəndəsi Elnarə Quliyeva İki Sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Dövlət Pedaqoji Kollecin rəhbəri İsrail İsgəndərov və təhsil işçisi, şəhid Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi, hüquqşunas Sahib Məmmədov, Jurnalist Fuad Abbasov çıxış edərəkfilmdə işğal altında qalan tarixi-mədəni abidələrimizin Ermənistan tərəfindən saxtalaşdırlaraq dünyaya təqdim edildiyini və bu cür filmlərin saxtakarlığın qarşısını almaq baxımından əhəmiyyətindən, filmin ərsəyə gəlməsinə dəstək göstərdiyi üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkür bildirilib, qısametrajda çəkilmiş filmin təkcə Füzuli rayonunda deyil, bütün Qarabağda törədilən vandalizm aktlarının dünyaya çatdırılmasındakı əhəmiyyətindən, belə filmlərin mətbuat və sosial şəbəkələr vasitəsi ilə dünyaya çıxarılmasının vacibliyindən danışılıb. Tarixçi-alim Şuhrat Barlas filmin çəkilişlərində iştirakından qürur duyduğunu və filmin Özbəkistanda, Qırğızıstanda, digər Orta Asiya ölkələrində nümayiş etdirilməsinin vacib olduğunu bildirib. O, filmə baxdıqca daşnakların fitnəkarlığı nəticəsində keçən əsrin əvvəllərində Özbəkistanda 1 milyon 700 min insanın öldürüldüyü, yüzlərlə tarixi-mədəni abidənin məhv edildiyi, 3500 caminin dağıdıldığı gözü önündə canlandığını və bundan təsirləndiyini diqqətə çatdırıb. Qeyd edək ki, filmdə Qarabağın işğal olunmuş ərazilərində 1510 mədəniyyət müəssisəsi, 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayın qarət edilərək yandırılması, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatın talan olunması eləcə də işğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscidin erməni təcavüzünün qurbanına çevrilməsi, dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələrinin məhv edilməsinə dair məlumatlar yer alıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2019 11:46 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |