|
Radikal qruplaşmalara qoşulan 400 nəfərdən çox şəxsin vətəndaşlığı ləğv edilib"Son iki il ərzində Azərbaycandan radikal qruplaşmalara qoşulma halları qeydə alınmayıb". Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib. O bildirib ki, əksinə, həmin qruplaşmalardan kənarlaşmanın baş verdiyi müşahidə edilir: "2011-ci ildən indiyədək belə qruplaşmalara qoşulanların 400 nəfərdən çoxunun vətəndaşlığı ləğv edilib. Həmin insanlar artıq Azərbaycana geri qayıda bilməzlər. 110-dan artıq şəxs məsuliyyətə cəlb edilib. Bu qruplaşmalara qoşulan digər şəxslərin də müəyyənləşdirilərək ölkəyə gətirilməsi istiqamətində aidiyyatı orqanlar tərəfindən iş aparılır. Hesablamalara görə, indiyədək 1000-dən çox şəxs bu radikal qruplaşmalara qoşulub. Onlardan 300 nəfərdən çoxunun ölməsi haqqında məlumatlar var, amma digərləri müxtəlif ölkələrdə gizlənirlər". Komitə sədrinin müavini bildirib ki, bəzi qadınlar və uşaqlar da İraq və Suriyadakı düşərgələrdə saxlanılırlar: "Onların ölkəyə gətirilməsi üçün işlər görülür. Valideynlərini itirmiş uşaqların ölkəyə gətirilməsi üçün daim işlər görülür, onların bir qismi artıq ölkəyə gətirilib. Hazırda da himayəsiz uşaqların müəyyənləşdirilib ölkəyə gətirilməsi istiqamətində işlər davam edir. Orada Azərbaycanın müxtəlif bölgələrindən olan uşaqlar var, onların şəxsiyyətləri müəyyən edilir. Burada mürəkkəb bir məsələ var ki, bəzi uşaqların valideynləri müəyyənləşdirilməlidir. Azərbaycandan gedən həmin qadınların bəziləri ərləri öldükdən sonra digər ölkələrin vətəndaşları ilə əlaqədə olaraq uşaq dünyaya gətiriblər. İndi onların da vətəndaşlıq məsələsi müəyyənləşdirilməlidir. Ona görə bu məsələ bir qədər mürəkkəbdir. Bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi də var. Amma hazırda valideyn himayəsindən məhrum olan azyaşlıların müəyyən edilərək ölkəyə gətirilməsi istiqamətində ciddi addımlar atılır”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2019 12:15 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |